Bakıda 18 yaşlı oğlan kafedə söyüş söyən gənci bıçaqladı
5 İyun 2014 18:11 KriminalTanımadığı şəxsi bıçaqlayan 18 yaşlı oğlan saxlanılıb. Binəqədi RPİ əməkdaşları Bələsuvar rayon sakini Əfsun Əliyevi tanımadığı şəxsi mübahisə nəticəsində bıçaqlayıb hadisə yerindən qaçdığı üçün həbs ediblər. İlkin dindirmə zamanı məlum olub ki, kafelərin birində dostları ilə əylənən Əfsun qonşu masadakı gəncin hərəkətlərindən qəzəblənib. Bıçaq xəsarəti alan Heydər Əhmədov xəstəxanaya catdırılıb. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkün olub. Faktla bağllı CM 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31