Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, partiyanın iddia ərizəsi təmin edilməyib. G. Aslanlı qərarla bağlı Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini vurğulayıb.
Xatırladaq ki, Müsavat Partiyası mayın 24-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətin cavabsız qaldığını əsas gətirərək Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə vermişdi. apa
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31