Anası məhbus qızına telefon ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elnurə Qərib qızı Hümbətəlizadənin yanına qısamüddətli görüşə gəlmiş anası Lida Əsəd qızı Əsədovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ona məxsus qara rəngli əl çantasının içərisində 1 ədəd "Fly" markalı mobil telefon aparatı və 1 ədəd " Cin" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31