44 yaşlı kişi Bakıya bomba həyəcanı yaşatdı

Bakıda daha bir bomba həyəcanı yaşanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai RPİ-yə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib. Dərhal həmin ünvana baxış keçirilmiş, məlumat təsdiqini tapmayıb.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31