Bakıda orta məktəbdə qətl törədilib
5 İyun 2014 16:48 KriminalBakıda orta məktəbin həyətində qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyinin saytına istinadən yaydığı məlumata görə, iyunun 4-də Sabunçu rayonu ərazisində yerləşən 96 saylı Orta Məktəbin həyətində Yevlax rayon sakini Elçin Abbasovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Yusif Ələkbərzadə tərəfindən törədilməsi müəyyən edilib. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31