Lənkəranda balıqçı gəmisi qarət edildi
5 İyun 2014 16:46 KriminalLənkəranda gəmi qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Lənkəran rayonunun ərazisində "Xəzərbalıq" MMC-yə məxsus balıq ovlayan gəmilərdən 150 metr elektrik naqili, 4 ədəd akkumlyator, 3 ədəd su mühərriki, 2 ədəd sualtı lampa və digər əşyalar oğurlamış Lənkəran rayon sakinləri Bəhruz Əliyev və Elvin Cəfərov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31