Məhkum telefonu ayaqqabısında gizlədibmiş
5 İyun 2014 16:44 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən həbs edilmiş şəxs Samir Zahid oğlu Musayevin üzərinə və kamerasına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" a verilən məlumata görə, baxış zamanı onun ayaqqabısının içindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31