Bakıda ər-arvadı maşın vurdu

Ötən gün Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.  Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakinləri - 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi "Volvo" markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub.

Qəza nəticəsində T.Nəcəfov hadisə yerində ölüb. Z.Nəcəfova isə Travmatologiya İnstitutuna yerləşdirilib. Lakin həkimlər qadının həyatını xilas edə bilməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31