Gəncədə “Yehovanın Şahidləri”nin 22 üzvü saxlanılıb
Saxlanılanlar arasında azyaşlı uşaq da var
4 İyun 2014 20:13 KriminalAzərbaycanda "Yehovanın Şahidləri" təliminin üzvləri saxlanılıb. Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis onları bu gün Gəncə şəhəri Yusif Kosayev küçəsi, ev 31 ünvanında qanunsuz tədbir keçirərkən saxlayıb.
Mənzilə gələn polis əməkdaşları 22 nəfəri, o cümlədən 1 azyaşlı uşağı Kəpəz Rayon Polis İdarəsinə gətiriblər.
Mənzilə baxış keçirilərkən oradan yayılması və təbliği qadağan edilmiş dini ədəbiyyat götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31