Sumqayıtda kazino tutdular

 Sumqayıtda daha bir qumarxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sumqayıt şəhərinin ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Ağayev və Xaçmaz rayon sakini Teyfur Əlosmanovun qeyri-yaşayıs sahəsində qanunsuz "on-line" kazino-qumar oyunları işlətmələri müəyyən edilib.

Oraya baxış zamanı "on-line" qumar oyun proqramı yazılmış 19 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd yaddaş kartı, uduşa qoyulmuş 19 manat və üzərində 12 rəqəmli kodlar yazılmış kupon aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31