Bakıda axtarışda olanlar həbs edildi
4 İyun 2014 12:18 KriminalXuliqanlıq maddəsi ilə axtarışda olan 26 yaşlı gənc tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Araz Nəbiyev həbs edilib. Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə dələduzluq maddəsi ilə axtarışda olan 1969-cu il təvəllüdlü Qəşəng Məmmədova tutulub. Bundan başqa, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etdiyinə görə axtarışda olan 1992-ci il təvəllüdlü Dilqəm Muradlı da saxlanılıb.