Mingəçevirdə gənc oğlanı evində qətlə yetirdilər

Mingəçevirdə gənc oğlan qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 2-də Mingəçevir şəhərində şəhər sakini Tural Quliyevin bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı mənzildə tapılıb. Mingəçevir ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31