Bakıda rus qadını evində öldürüldü
3 İyun 2014 17:16 KriminalBakıda daha bir qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 2-də Xətai rayonu Neapol küçəsində yaşayan İraida Skoroboqatovanının evinə gəlmiş tanışı, Bakı şəhər sakini Şərbət Məmmədov münaqişə zəminində onu bıçaqla qətlə yetirib. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31