Bakıda vəhşilik, oğul anasını qətlə yetirdi

Bakıda oğul anasını xüsusi amansızlıqla qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 3-də saat 03 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində Elvin Əzimov yaşadığı evdə münaqişə zəminində anası Esmira Talıb qızını bıçaqla qətlə yetirib.  Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əzimov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31