Bakının mərkəzində atəş açan silahlı tutuldu

Bakının mərkəzində atəş açan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Nərimanov rayonu ərazisində  bir qrup şəxslə birlikdə xuliqanlıq hərəkətləri törədərək tapançadan atəş açmış Füzuli rayon sakini Vüsal Azadov tutulub. Ondan nömrəsiz "Makarov" markalı tapança götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31