Bakıda küçədən tank əleyhinə mina aşkarlandı
8 Avqust 2012 14:36 KriminalBakıda tank əleyhinə mina aşkarlanıb. Bu barədə "OLAYLAR"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib . Hərbi sursat paytaxtın Binəqədi rayonu ərazisində aşkar edilib və bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birlikdə şübhəli əşyaya baxış keçirib. Müəyyən olunub ki, bu, "TM-62M" markalı tank əleyhinə təlim minasıdır. Aşkarlanmış sursat aidiyyəti üzrə təhvil verilib. Əraziyə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 22:10-da başa çatıb.