Yeməkxanada qumarxana aşkarlandı

Gəncə şəhər sakininin qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib

Gəncə şəhər sakininin qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Nicat Əlizadə saxlanılıb.

Onun şəhərin Nizami küçəsində içarəyə götürdüyü yeməkxanada qeyri-qanuni lotereya oyunları təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31