Baş Polis İdarəsi dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Cinayətdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb

 Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.  İdarədən verilən məlumata görə, iyunun 3-ü saat 02 radələrində Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində yaşayan 1992-ci il təvəllüdlü Elvin Əzimov evdə anası 1968-ci il təvəllüdlü Esmira Talış qızına bıçaq xəsarəti yetirib. Esmira Əzimova 3 saylı xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Elvin Əzimov tutulub.

Qeyd edək ki, 22 yaşlı E.Əzimov anasını öldürdükdən sonra özünü pəncərədən atıb və xəsarət alıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31