Konserv bankasından telefon və aksesuarlar çıxdı
3 İyun 2014 13:59 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı, 1 ədəd qulaqcıq, 2 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 elekrtik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.