Quzanlıda yardımçı tikili yanıb
3 İyun 2014 12:32 KriminalAğdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus yardımçı tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 60 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılmış istifadəsiz ev əşyaları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31