Bakı şəhəri, Xəzər rayonunda hal-hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriyada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı sanatoriyanın 3-cü mərtəbəsində 1 otağın tavanı 5 kv.m sahədə yanıb. Sanatoriyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31