Əsgər yoldaşını güllələdi

18 yaşlı Zöhrab Məmmədovun vəziyyəti ağırdır

Hərb  Azərbaycan Ordusunun əsgəri öz hərbçi yoldaşını güllələyib. Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində baş verib. Lerik rayonundan hərbi xidmətə çağırılan 18 yaşlı əsgər Zöhrab Məmmədov hərbçi yoldaşı tərəfindən gülllələnib. Yaralanan əsgərin qohumlarının sözlərinə görə, Z. Məmmədov hospitala yerləşdirilib və vəziyyəti ağırdır. Onlar bildiriblər ki, hadisə əsgərin silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi və etiyatsızlıq nəticəsində qeydə alınıb. ANS PRESS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31