Ukraynanın şərqində rusiyayönlü nazir öldürülüb

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin şərqindəki Luqansk vilayətinə aviazərbələr endirib. Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, vilayətin dövlət binasına endirilən zərbələr nəticəsində 5 nəfər ölüb.Mənbə bildirib ki, ölənlər arasında rusiyayönül terrorçuların yaratdığı qondarma "Luqansk Xalq Respublikasının" "səhiyyə naziri" Natalya Arxipova da var."Unian.net"-in məlumatına görə, vilayətin dövlət binasını terrorçular partladıb. Ukrayna Antiterror Əməliyyat Mərkəzinin sözçüsü Aleksey Dmitraşevski deyb: "Bina təyyarələrdən deyil, içəridən atəşə tutulub. Çox böyük ehtimalla terrorçuların partlayıcı maddə və silahlarla etiyatsız davranması ucbatından partlayış baş verib"."Radio Svaboda" bildirib ki, binadakı partlayış nəticəsində 7 nəfər ölüb, 8-i yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31