Bakıda piyada keçidi uçub, xəsarət alan var
3 İyun 2014 10:42 KriminalBakıda piyada keçidinin uçması ilə nəticələn yol qəzası baş verən əraziyə 4 təcili yardım briqadası göndərilib.Bakıda piyada keçidinin uçması ilə nəticələn yol qəzası baş verən əraziyə 4 təcili yardım briqadası göndərilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov APA-ya açıqlamasında bildirib ki, 1-2 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Onun sözlərinə görə, yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyməsi nəticəsində keçid 99-JK-467 dövlət nömrə nişanlı "MAN" markalı yük avtomobilinin üzərinə düşüb. Hadisə nəticəsində Kamazın 29 yaşlı sürücüsü ciddi xəsarət alıb və maşında sıxılmış vəziyyətdə qalan sürücün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. Həmin sürücü təcili tibbi yardım köməkliyi ilə Kliniki Tibbi Mərkəzə gətirilib.Kliniki Tibbi Mərkəzdən isə APA-ya verilən xəbərə görə, piyada keçidinin uçması ilə nəticələn yol qəzası nəticəsində xəsarət alan yalnız 1 xəstə gətirilib. O da yük maşınının sürücüsü 1885-ci il təvəllüdlü Hüseynov İlkin Həsən oğludur. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Sürücü hadisə nəticəsində müxtəlif bədən sınıqları, kəllə-beyin travması alıb.