Bakıda "BMW" ağır qəza törətdi: ölən var
2 İyun 2014 18:00 KriminalBakı şəhərinin Xətai rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Nobel prospektində "BMW" markalı, 90 UV 203 nömrə nişanlı avtomobil piyadanı vurub. Yüksək sürətlə hərəkət edən avtomobilin vurduğu yaşlı kişi 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq gedib. Xətai rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, qəzada ölən şəxs, 1940-cı il təvəllüdlü Mustafayev Ələmşh Yusif oğludur. Onu vuran sürücünün kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31