Bakıda dəhşətli qəza: sürücü ölüb, daha 6 nəfər yaralanıb
Paytaxtda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib
2 İyun 2014 17:27 Kriminalİyunun 1-i saat 21 radələrində Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rüstəmov küçəsində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Ceyhun İsmayılovun idarə etdiyi "Lada Priora" və 1987-ci il təvəllüdlü Zahid Hacıyevin idarə etdiyi "Opel Vektra" markalı avtomobillər toqquşub. Nəticədə, C.İsmayılov, sərnişinləri 1966-cı il təvəllüdlü Oqtay Cabbarov, 1994-cü il təvəllüdlü Fərid Kərimov, Z.Hacıyev, sərnişinləri Astara rayon sakinləri 1987-ci il təvəllüddən olanlar İlyas Nuriyev, Ziyarət Mirzəyev və 1992-ci il təvəllüdlü Ceyhun Hacıyev xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.
39 yaşlı Ceyhun İsmayılov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.