1 milyon manatlıq oğurluqla bağlı ŞOK FAKTLAR

Avtomobillər aldı, qızlara külli miqdarda pul xərclədi, baş daşının altına 200 min manat qoydu

Bir neçə ay əvvəl Abşeron rayonunda baş vermiş 1 milyon manatlıq oğurluq əməli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Xırdalan şəhərində, Şamaxı şosesində yerləşən "Karat" un firmasının baş ofisindən külli miqdarda pul oğurluğuna görə, tutulmuş 1986-cı il təvəllüdlü Ramiz İmaməliyev pulun bir hissəsini avtomobillərə xərcləyib.  R.İmaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min amanatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının baş daşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model "İnfiniti" markalı avtomobil alıb. Həmçinin "Mercedes" markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.

Bundan başqa R.İmaməliyev demək olar ki hər gün şəhərin mərkəzindəki barlardan bir neçə qız götürərək Binəqədi rayonu ərazisindəki otel-restorana gətirirmiş və burada eyş-işrətlə məşğul olurmuş.

Hazırda R.İmaməliyev ətrafında araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31