Cinayətdə istifadə edilən tapança polisə təhvil verilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirtdiyi əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən Cəfərov Ramil Ramiz oğlundan cinayətdə istifadə olunan silah aşkar ediblər. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, 09.07.1978-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı şəhəri, Xəqani küçəsi ev 23 ünvanında yaşamış, hazırda Abşeron rayon Polis şöbəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilərək həbsdə saxlanılan Cəfərov Ramil Ramiz oğlu tərəfindən cinayət törədərkən istifadə etdiyi və istintaqdan gizlətdiyi AB-221343 nömrəli "Makarov" tipli tapança, 3 ədəd 9 mm. kalibrli güllə təqdim edilib.Odlu silah və sursat Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis şöbəsinə təhvil verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31