Böyürtkən mürəbbəsinin içərisində heroin keçirmək istədi
2 İyun 2014 14:16 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 332.1; 337; 120.2.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Qaybalı Əli oğlu Məhərrəmovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Nicat Kamil oğlu Alırzayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, naxış zamanı plastik qabda olan böyürtkən mürəbbəsinin içərisində gizlədilmiş, 4 ədəd qara rəngli sellofana bükülmüş, xalis çəkisi 2.040 qram olan narkotik maddə - "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31