Türməyə saxta pul keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Röyal Rafiq oğlu İmamverdiyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xəyal Rafiq oğlu İmamverdiyevin üzərinə baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun əynindəki şalvarın astarında gizlətdiyi 3 ədəd saxta 50 manatlıq pul əskinazı və 1 ədəd saxta şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb. Saxta əskinazlar və şəxsiyyət vəsiqəsi ilə əlaqədar təhqiqat materialları toplanılaraq aidiyyəti istintaq orqanına göndərilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31