Qobustanda dəhşətli qətl

Qardaş qardaşı doğrayıb öldürdü

. Qobustan rayonunda dəhşətli qətl hadisəsi baş verib . Bu barədə "OLAYLAR"a Qobustan Rayon Prokurorluğundan məlumat verilib. Hadisə avqustun 8-də gecə saat 01:00 radələrində Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahət Mirzalı oğlunu yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində qətlin dəqiq səbəbini araşdırır. Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə)maddəsilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31