Şamaxıda tövlə yanıb
2 İyun 2014 13:48 KriminalŞamaxı rayonu, Keçməddin kəndində vətəndaşa məxsus tövlə yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31