Bakı mayakı yaxınlığında faciə

 Ötən gün Bakının Xəzər rayonu ərazisindəki çimərlikdə ölüm hadisəsi baş verib.ANS PRESS-in hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, hadisə Şüvəlan çimərliyində, qorunmayan ərazidə, Şüvəlan mayakının yaxınlığında qeydə alınıb.Belə ki, 20:03 radələrində çimərkən boğulan 29 yaşlı Vaqif Baxışovun meyiti sudan çıxarılıb.Qeyd edək ki, həmin ərazidə çimmək qadağandır. Bu səbəbdən həmin ərazidə xilasetmə briqadası növbə çəkmir. Məhz bu səbəbdən də, həmin ərazidə çimən insanların həyatı həmişə təhlükədədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31