54 yaşlı ruhi xəstə ölümə məhkum edildi
8 Avqust 2012 12:19 KriminalAmerikanın Texas ştatında dəhşətli hadisə baş verib. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ştat məhkəməsi narkotika saxlamaqda təqsirləndirilən ruhi xəstəyə ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxsin vəkilləri onun ruhi xəstə olmasının nəzərə alınması barədə vəsadətlər qaldırsa da, məhkəmə vəsadətləri rədd edib və 54 yaşlı ağıldankəm Marvin Uilson barədə ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxsin kassasiya şikayəti də Amerika Ali Məhkəməsi tərəfindən rədd edilib və hökm qüvvədə saxlanılıb. Marvin Uilson məhkəmə hökmü qüvvəyə minəndən sonra zəhərli iynə vurulmaqla öldürülüb. Məlumata görə, Marvin Uilson evində kakain saxlamaqda təqsirləndirilib. O məhkəmə prosesinə qədər zaminə götürülərkən həbs olunmasında polisləri günahlandırıb və polisə hücun çəkib.