Azərbaycanda hektarlarla taxıl zəmisi yandı

Bu gün Füzuli rayonu, Aşağı Veysəlli kəndində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Qeyd edək ki, taxıl zəmilərində yanğınlar hər il mövsümi olaraq baş verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31