Bakı-Quba yolunda minik avtomobili "KamAZ"la toqquşdu: ölən var
30 May 2014 18:04 KriminalŞabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yol qəzası Bakı-Quba yolunun 132-ci kilometrində qeydə alınıb.
Vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış, 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adıgözəl oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 12:22-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31