Batmaq təhlükəsilə üzləşən 1 nəfər xilas edilib
30 May 2014 17:09 KriminalFövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri Mingəçevir su anbarında 1 nəfər batma təhlükəsilə üzləşib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Məlumatda o da bildirilir ki, hadisə nazirliyin ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 700 m sağa, nəzarət olunamayan ərazidə baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31