Bakıda bir gündə iki narkobaron yaxalanıb, 11 kiloqram narkotika
30 May 2014 16:02 KriminalBakıda narkotika alverçiləri yaxalanıbv. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Əmirahidən 5 kiloqram 750 qram marixuana götürülüb. Həmin gün Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vadim Seleznyovdan 4 kiloqram 150 qram marixuana və 785 qram tiryək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31