Novxanıda Rusiya vətəndaşını öldürüb basdırdılar
30 May 2014 17:01 KriminalBakıda Rusioya vətəndaşı qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Bakı şəhər sakini Eldar Hüseynov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırıb. Xaron Şahiyevin meyiti eksqumasiya edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə E.Hüseynov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31