Şamaxıda mülk üstündə silahlı qarşıdurma, qardaş qardaşını qətlə yetirdi
30 May 2014 16:00 KriminalŞamaxıda mülk üstündə mübahisə silahlı qətllə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib. F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirmiş, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan "Naqan" tipli tapança götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31