DİN: Azərbaycanda iki Rusiya vətəndaşı öldürülüb

Daxili İşlər Nazirliyi son günlər ölkədə baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və  onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib. F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirib, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan "Naqan" tipli tapança götürülüb. 

Bundan başqa mayın 26-da Binəqədi rayonu Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində Bakı şəhər sakini Eldar Hüseynov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Xaron Şahiyevi bıçaqla qətlə yetirib cəsədini torpağa basdırıb. Xaron Şahiyevin meyiti eksqumasiya edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə E.Hüseynov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31