Bakıda 8500 manatlıq dələduzluq edən şəxs tutulub
30 May 2014 11:59 KriminalBakı sakininə qarşı dələduzluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yaqub Quliyev tutulub. Məlum olub ki, o, dələduzluq edərək 2014-cü ilin aprel ayında Bakı şəhər sakini Zöhrə Ağayevanın etibarından sui-istifadə edərək 8500 manat dəyərində qızıl-zinət əşyalarını alıb qaytarmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31