Bakıda həbsxana feldşeri cinayət başında yaxalandı

Bakı İstintaq təcridxanasına qadağan olunmuş həblərin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Sultanov müəssisəyə qadağan olunmuş həbləri keçirməyə cəhd edib. 

Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində N.Sultanovun üzərindən 400 ədəd "Tramadol" həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31