Şəki yaxınlığında dəhşətli qəza VIDEO

Minik avtomobilin yük maşını ilə toqquşması nəticəsində 4 nəfər ölüb

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "Şaqma" markalı ağır tonnajlı yük maşını toqquşub. Nəticədə "Mercedes" markalı maşında olan sürücü, Zaqatala sakini Məmməd Əhmədov da daxil olmaqla 4 nəfər yerindəcə keçinib. Yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb."Mercedes" markalı avtomobilin yük maşınının altına sıxışdığından həmin maşında olan sərnişinlərin meyitlərini əraziyə çağırılan FHN-nin xüsusi xilasetmə dəstəsinin köməyi ilə çıxarmaq mümkün olub. Hazırda Dövlət Yol Polisi əməkdaşları tərəfindən ərazidə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31