Xızı qazpaylama stansiyasında baş vermiş bədbəxt hadisənin səbəbləri araşdırılır

Mayın 29-da saat 12-30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır. Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31