Bakıda zəncirvari qəza: xeyli yaralı var
Bakıda dəhşətli yol qəzası baş verib
29 May 2014 16:39 KriminalBakıda baş verən yol qəzasında ağır xəsarətlər alanlardan ikisinin adı açıqlanıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Zabratda baş verən yol qəzasında xəsarət alanlardan ikisi onlara müraciət edib. Bunlar 30 yaşlı Rövşən Rzaquliyev və 32 yaşlı Vaqif Mirəliyevdir. Hər iki yaralının vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.
Sabunçu rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə zamanı yaralanan digər şəxslər yaxınları tərəfindən başqa xəstəxanalara aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31