Bank 1 milyard əmanəti mənimsəyib
7 Avqust 2012 20:00 KriminalNovosibirskdə cinayətkar qrup tərəfindən 1 milyarddan çox rublun mənimsənilməsi işi üzrə istintaq işi başa çatıb. Cinayətin təşkilatçısı səhmdarı dövlət olan banklardan birinin filialı olub. 2006-cı ildə yuxarıda qeyd olunan hüquqi şəxs xidməti vəzifəsindən istifadə edərək banka qoyulmuş əmanətləri iri məbləğdə mənimsəməyə başlayıb. O, həmçinin özünün imza atmaq hüququna malik qadın müavininə bu cinayət işində kreditlər vermək adı ilə iştirak etməyi təklif edib. Müqəssir cinayətkar fəaliyyətinə direktoru və ticarət mərkəzinin rəhbər köməkçisini də cəlb edib. Onlar kreditləri müxtəlif adlar altında mənimsəyiblər. "OLAYLAR" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində məlum olub ki, 2006-cı ilin iyunundan 2008-ci ilin mayınadək 1 milyard 178 min rubl mənimsənilib.