Gəncədə qumarxana aşkarlandı

Gəncədə daha bir qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Cavadxan küçəsi ev 12-də şəhər sakinləri Namiq Abbasovun, Vüsal Məmmədzadənin və Nöfəl Rəfibəylinin həmyerliləri Tural İbrahimovun rəhbərliyi ilə "online" sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilib. Oraya baxış zamanı 2 ədəd monitor, 3 ədəd televizor, qumar kuponlarını çap edən 2 ədəd printer, habelə "on line" qumar oyun proqramı yazılmış 3 ədəd kompyuter, 123 ədəd oyun kuponu, uduşa qoyulmuş 766 manat və 100 dollar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31