Balaxanıda ev sahibi ilə birlikdə yanıb kül oldu

 Daxili İşlər Nazirliyi Bakıda ölümlə nəticələnən yanğın hadisəsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 29-da saat 05 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində Samir Əliyevin yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra S.Əliyevin yanmış meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31