Hacıqabulda kafedə güllələnmə

Hacıqabulda kafedə güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib. İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olmuş və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31